Latviya, Litva və Estoniya Polşa ilə əhalinin evakuasiyası zamanı hərəkətlərin əlaqələndirilməsinə dair birgə memorandum hazırlamağa başlayıb.
Bu barədə Delfi portalı Litva Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb .
"Memorandumun əsas məqsədi əhalinin ölkə daxilində təxliyəsi və transsərhəd evakuasiyaların həyata keçirilməsində regional əməkdaşlığı gücləndirməkdir", - deyə nəşrdə deyilir.
Bildirilir ki, memorandumu imzalayan dövlətlər öz hərəkətlərini əlaqələndirəcək, nəqliyyat və digər infrastrukturlardan birgə istifadəni işləyəcəklər.