RU

KİV: “Yemenia Airways”in üç təyyarəsi aviazərbələr nəticəsində zədələnib

İsrailin husilərin nəzarətində olan Yəmənin paytaxtı Səna beynəlxalq hava limanına endirdiyi zərbələr nəticəsində “Yemenia Airways”in azı üç təyyarəsi zədələnib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanal təyyarələrdən birinin gövdəsinin və qanadlarının demək olar ki tamamilə alova büründüyü foto yayıb. Digər iki təyyarəyə dəyən ziyan barədə məlumat verilməyib.

Eyni zamanda, “Yemenia Airways”dəki mənbə “Al Yemen” telekanalına İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) hava limanının sərnişin terminalını, o cümlədən gediş və gəliş zallarını tamamilə məhv etdiyini təsdiqləyib.

Həmçinin telekanalın məlumatına görə, İsrail HHQ zərbələrindən sonra Yəmənin paytaxtında kütləvi elektrik kəsilməsi müşahidə olunur. Qeyd olunur ki, İsrail aviasiyası paytaxt regionunda azı üç elektrik stansiyasına hücum edib. Elektrik stansiyalarının zədələnməsi Səna və ətraf rayonlarda elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Qeyd edək ki, husilərin Təl-Əvivdəki Ben Qurion hava limanını atəşə tutmasına cavab olaraq İsrail HHQ bu gün Yəmənə kütləvi zərbələr endirib. Əsas hədəf Səna hava limanı olub. Paytaxt bölgəsindəki “Dəhban” elektrik stansiyası və Əmran əyalətindəki sement zavodu da atəşə tutulub.

Избранный
0
2
report.az

3Источники