RU

Fridrix Merç ikinci cəhddə Almaniya kansleri seçildi


Almaniya Bundestaqı nəhayət ki, mühafizəkar lider Fridrix Merçi Almaniyanın kansleri seçdi. Almaniya parlamentində keçirilən təkrar səsvermə zamanı Fridrix Merç birinci turda tarixi məğlubiyyətə uğradıqdan bir neçə saat sonra Bundestaq üzvləri onun Almaniya kansleri postuna namizədliyini dəstəkləyiblər. Mühafizəkar liderin səhər səsverməsində böyük qələbə qazanacağı və Almaniyanın II Dünya Müharibəsindən sonra 10-cu kansleri olacağı gözlənilirdi. İkinci turda Merç 325 səs toplayıb. Gizli səsvermədə ona 630 səsdən 316 səs çoxluğu lazım idi.Lakin birinci turda o, cəmi 310 səs topladığı üçün onun koalisiyasına məxsus 328 mandat kifayət etmədi. Səsvermə gizli olduğu üçün Merç düşərgəsində kimin onu dəstəkləmədiyi məlum olmadı - və bəlkə də heç vaxt məlum olmayacaq

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники