RU

Azərbaycanla İran arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq müzakirə edildi (FOTO)

Bakı. Trend:

Bu gün xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ölkəmizdəsəfərdə olan İran İslam Respublikasının xarici işlər nazirininmüavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və BeynəlxalqAraşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İran İslam RespublikasınınPrezidenti Məsud Perzeşkianın ölkəmizə 28 aprel 2025-ci il tarixlisəfərindən sonra Azərbaycan-İran ikitərəfli əməkdaşlıqgündəliyindən irəli gələn məsələlər, eləcə də regional vəbeynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələribarədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin İran və Azərbaycanın araşdırma və beyinmərkəzləri arasında təmasların və əməkdaşlığın qurulmasınınikitərəfli əməkdaşlığa əlavə təkan verəcəyini və iki ölkəninictimaiyyətləri arasında müxtəlif mövzular barədə məlumatlılığınartmasına xidmət edəcəyini qeyd ediblər.

Nazir müavinləri həmçinin digər regional və qlobal məsələlərətrafında müzakirə aparıblar.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Избранный
0
10
az.trend.az

10Источники