RU

Rusiya qələbənin 80 illiyindən çox uca danışır, İrəvanda faşist heykəllərinə isə susur...


Qasım Hacıyev: “Bu gün Faşizm üzərində qələbənin 80 illik yubileyini keçirməyə böyük həvəs göstərən Rusiya əvvəlcə gərək Ermənistana qarşı lazımı addım ataydı”

Rusiya İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı tədbir keçirməyə hazırlaşır, müxtəlif ölkələrin prezidentlərini, rəsmi şəxslərini də Moskvaya dəvət edib, amma Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasından danışmır.

Rəsmi Moskva Ermənistana bir dəfə də olsun bəyanat vermir ki, faşist heykəllərini götürün. Yəni Rusiya Faşizm üzərində qələbənin 80 illiyindən çox danışır, ancaq faşizmin və neofaşizmin tərənnüm edilməsinə qarşı mübarizədən danışmır, Ermənistanın Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana, Dro ləqəbli Drastamat Kanayana və başqalarına abidələr qoymasına, onların “qəhrəman” kimi qələmə verilməsinə qətiyyən münasibət bildirmir, faşist əlaltılarının abidələrin sökülməsi tələbilə çıxış etmir. Rusiya faşizmə və neofaşizmə qarşı mübarizədən danışanda gözünün qarşısında-Ermənistandakı mənzərəni görmür.

Necə olur ki, Zelenskini ruslara qarşı faşist siyasət aparmaqda ittiham edir, guya Zelenski də Hitler kimi rusları Ukraynadasıxışdırır, amma Ermənistanda qoyulan heykəlləri ilə bağlı Rusiya XİN rəsmi olaraq bir bəyanat verməyib.

Yadınıza salaq ki, 2019-cu ilin oktyabrındaAzərbaycan Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bəyan etdi.

Prezident vurğulamışdı ki, biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir: “Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.
Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Bu Azərbaycan Prezidentinin faşizmin təbliğ edilməsinə, neofaşizmi çiçəklənməsinə maraq göstərən dövlətlərə bir mesajı idi ki, faşizmi tərənnüm etməkdən əl çəkin.

Prezident İlham Əliyevin bu çıxışından 6 ilə qədər vaxt keçib, amma nə Ermənistan bu mənfur təbliğatından əl çəkib, nə də Rusiya Ermənistan qarşısında bu təbliğatı dayandırmaqla bağlı məsələ qaldırıb.

“Rusiya ən yüksək səviyyədə Ermənistanın qarşına faşist əlaltılarının abidələrinin sökülməsi tələbini qoymalıdır”

Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Prezidenti həmişə faşizmin çiçəklənməsinə qarşı mübarizəsini ortaya qoyub, bunun qarşısının alınması üçün addımlar atılmalı olduğunu deyib. Q.Hacıyevin sözlərinə görə, Rusiya Ermənistan qarşısında rəsmi tələb irəli sürməlidir ki, faşist əlaltılarının abidələri yer üzündən silinsin.

“Hitler Almaniyası da, Stalinin rəhbərlik etdiyi SSRİ-də İkinci Dünya Müharibəsinə hazırlaşırdı. Özü də dünya ölkələrinin heç birini nəzərə almadan hazırlaşırdılar. Qan tökülsə də, evlər yıxılsa da, dünya dağılsa da dünyanı bölüşdürmək niyyətlərini hasil etmək istəyirdilər. Bu mənfur siyasət uzun müddət davam edib. Həm Birinci, həm də İkinci Dünya Müharibəsində baş verən hadisələrin təsirindən dünyaya ölkələrinin əksəriyyəti ziyan çəkib, çox az ölkələr qazanıb.

İki dövlətin döyüşməsi ilə ətraf dövlətlər nə qədər ziyan çəkdi, SSRİ tərkibində olan xalqlar nə qədər zülmə məruz qaldı, nələr itirdi, bunlar da məlumdur.

Amma bu gün deyək ki, faşizm üzərində qələbəni qeyd edərkən yenə bəzi dövlətlər özünün daxili gizlin planları ilə hərəkət edir. Bir tərəfdən, dünyanı çox ağır vəziyyətə salan, təhlükə altında qoyan faşizm ideyasının əleyhinə danışılır, faşizm üzərində qələbə bayram edilir, antifaşist təbliğatı aparılır.

Digər tərəfdən isə Ermənistan kimi cırtdan bir dövlət faşizmə xidmət edir, Njde, Dro kimi nasistlərə heykəllər qoyur. Bilirsiz ki, Azərbaycan Prezidenti Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının bəşəriyyət üçün böyük təhlükə olduğunu dəfələrlə bəyan edib.Ermənistanın timsalında neofaşzmin nə qədər təhlükəli olduğunu bilirik. Cənab Prezident də daim bu təhlükəni diqqətə çatdırır.

Bu gün Faşizm üzərində qələbənin 80 illik yubileyini keçirməyə böyük həvəs göstərən Rusiya əvvəlcə gərək Ermənistana qarşı lazımı addım ataydı. Rusiya ən yüksək səviyyədə Ermənistanın qarşına faşist əlaltılarının abidələrinin sökülməsi tələbini qoymalıdır. Amma təəssüf ki, biz rəsmi və qeyri-rəsmi olaraq Rusiya tərəfdən belə bir addımın şahidi olmadıq. Bütün dünya faşizm tör-töküntülərinə qarşı mübarizə apardığı bir vaxtda İrəvanda hələ də Njdenin, Dronun abidələrinin qalması bu mübarizənin nəticələrini azaldır. Faşizimin necə dəhşətli bir ideya olduğunu hər kəs bilir, Ermənistanda da bunu bilənlər olmamış deyil, sadəcə bu dövlətin siyasəti faşizm üzərində köklənib deyə o abidələr hələ də sökülməyib. Rusiyadan rəsmi olaraq Ermənistanın bu siyasətinə qarşı münasibəti hər kəs gözləyir”.

Q.Hacıyev qeyd etdi ki, Rusiya özünü görməzliyə vursa da, amma Ermənistanın oynadığı bu oyunları yaxşı görür və bilir. Ermənilərin Daşnakstyun və digər terrorçu qruplarının məhz faşizm, nasizm ideyası ilə hərəkət etdiyini deyən Q.Hacıyev hesab edir ki, bu partiya da, başqa təşkilatlar da insanlıq əleyhinə davranışları, cinayətləri ilə tanınır: “Faşizimdən, nasizmdən erməni təşkilatlarının heç bir fərqi yoxdur. Hətta deyərdim ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, etdikləri cinayətlər və vandalizm aktları faşistlərdən qat-qat yuxarıda dayanır. Bunu dəfələrlə demişik, yazmışıq, indi də deyirik. Ermənizm faşizimdən də pisdir, dəhşətlidir. Bu birmənalıdır. Biz bunu ermənilərin cinayətlərində, təşkil edib həyata keçirdiyi hadisələrin nəticəsində çox gördük.

Faşizmə xidmət edən və misilsiz cinayətlər törədən Njde SSRİ-dən faşistlərə əsir düşənlərə qarşı ən qəddar üsullardan istifadə edib. Faşist əlaltısı Njdeyə bu gün Ermənistanda heykəl qoyulması nə deməkdir? Bu təkcə heykəl qoymaqdan ibarət olsaydı dərd yarı idi. Njde “ideyaları”, Njde “nəzəriyyəsi” və sairlər yaradaraq yayırlar. Bu da Rusiyanı narahat etməlidir. Bir ölkə ki, faşzim üzərində qələbəni qeyd edir, neofaşizmə qarşı mübarizə apardığını iddia edir o mütləq şəkildə Ermənistana təpki göstərməlidir. Bu gün Ermənistanda Njdeizimin-neofaşizmin “çiçəklənməsi” Rusiyanı narahat etmirmi? Bu suala Rusiya rəsmiləri aydınlıq gətirsəydi yaxşı olardı. Ermənistanda Hitlerin əlaltılarına abidə qoyulur, onlar tərənnüm edilir, amma Rusiya münasibət bildirmir, bu da çox şübhəlidir” - deyə Q.Hacıyev əlavə etdi.

İradə SARIYEVA

Избранный
0
baki-xeber.com

1Источники