RU

Uşaqlar "xodunok"a qoyulmalıdır?

Yeni yeriməyə başlayan uşaqların “xodunok”a qoyulması illərdir müzakirə olunur. 

Kimisi “xodunok”un uşaqların inkişafına, tez yeriməsinə müsbət təsir etdiyini, başqaları isə uçaqların onurğasına mənfi təsir etdiyini iddia edir.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaq 6-7 aylıqdan iməkləməlidir: 

“Uşağın iməkləməsi, oturması, gəzməsi mərhələli və təbii olmalıdır. "Xodunok" uşaqlarımızın bütün əzələ, oynaq, bel, onurğa sistemini pozur. Bundan sonra çanaqda assimetriya yaranır, istər-istəməz əzələnin birtərəfli əyriliyi baş verir. Gələcəkdə ostexondroz və disk yırtıqları qaçılmazdır. Uşaq təzə-təzə addımlarını atanda evdə rahat gəzməsi, yıxılmaması və ya evdəkilərə mane olmayıb, təhlükəsizliyi üçün "xodunok"dan istifadə etmək olar. Amma bu da uzunmüddətli olmamalıdır. Çünki, xodunokda uşağın beli yorulanda uşaq yerə çöməlib oturmaq istəyir, lakin bunu da edə bilmir”.

Sevinc

Избранный
0
12
hit.az

10Источники