RU

Osimhenin tələbi qəbul edildi -

İcarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin futbolçusu Viktor Osimhen İngiltərəyə transfer ola bilər. Metbuat.az xəbər verir ki, “Mançester Yunayted” futbolçunu transfer etmək üçün hərəkətə keçib. “Footmercato”da dərc edilən xəbərə görə, tərəflər arasında görüş keçirilib. Görüşün məhsuldar keçdiyi irəli sürülüb. Bildirilib ki, Osimhen “Mançester Yunayted”dən 12 milyon avro məvacib tələb edib. Xəbərdə deyilir ki, İngiltərə klubu bu məvacibi qarşılaya bilər.

Qeyd edək ki, “Napoli”nin də Viktor Osimhenin transfer qiymətini endirdiyi barədə xəbərlər dərc edilmişdi. Əvvəl futbolçu üçün 75 milyon avro tələb edən “Napoli” bu məbləği 65 milyon avroya endirib.

Избранный
0
5
metbuat.az

6Источники