Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Brüsseldəki Qərargahında keçirilən Gender Perspektivləri Komitəsinin (NCGP) İllik Konfransında iştirak edirlər.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın alyansdakı nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, bu aktiv iştirakla Azərbaycan NATO-nun sülh və təhlükəsizlik sahəsində gender perspektivlərini inteqrasiya etmək istiqamətindəki səylərini dəstəkləyir.