RU

Azarkeşlər arasında dava düşdü, bir nəfər öldü

Futbol azarkeşi Rikkardo Klaris İtaliyanın Berqamo şəhərində “Atalanta” və “İnter” azarkeşləri arasında baş verən dava zamanı aldığı bıçaq xəsarətləri nəticəsində həlak olub.

Msport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Hadisə şənbədən bazar gününə keçən gecə baş verib. Həlak olan şəxs 26 yaşında olub və “Atalanta”nın azarkeşi imiş. Ona xəsarət yetirdiyini 19 yaşlı Yakopo De Simone etiraf edib. O, özü könüllü olaraq polisə təslim olub və qardaşını müdafiə etdiyini bildirib. Hazırda istintaq davam edir.

Qeyd edək ki, “Atalanta” A Seriyasının 35-ci turunda səfərdə “Monza”nı 4:0 hesabı ilə məğlub edib. Oyun zamanı hər iki komandanın azarkeşləri Rikkardo Klarisin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Избранный
0
msport.az

1Источники