RU

Kreml Paşinyanla bağlı bu məlumatı TƏSDİQLƏDİ

Kreml Ermənistanın baş nazirinin Moskvada keçirilən Qələbə paradında iştirakını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Paşinyan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Parada gedəcək.

Qeyd olunur ki, paradda 29 xarici ölkə lideri iştirak edəcək.

“Biz çoxlu sayda xarici qonaqlar dəvət etmişik. Qələbə paradında dəvət etdiyimiz ölkələrdən 29 liderin iştirakını gözləyirik”, – Kremldən bildirilib.

Kreml nümayəndəsi qeyd edib ki, bunlar Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Konqo, E.Sermarqu, E.Palyan, Monqolustan. Qvineya, Efiopiya və Cənubi Osetiyadır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
0
konkret.az

1Источники