RU

“Tottenhem”in oyunu Avropa Liqasına görə təxirə salındı

İngiltərə Premyer Liqasının XXXVII turunda keçiriləcək “Aston Villa” – “Tottenhem” matçı təxirə salınıb.

Msport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma mayın 16-da keçiriləcək.

“Tottenhem” Avropa Liqasının finalında mümkün iştiraka görə görüşün təxirə salınmasını xahiş etmişdi.

Daha əvvək görüş mayın 18-nə təyin edilmişdi.

Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə “Bodyo-Qlimt”ə 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu mayın 8-də baş tutacaq. Avropa Liqasının final oyunu mayın 21-də keçiriləcək.

Избранный
0
msport.az

1Источники