RU

Sabirabadda “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi” adlı konsert keçirilib

Sabirabad, 6 may, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi” adlı konsert proqramı təşkil edilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, regionlararası mədəni ələqələrin inkişaf etdirilməsi məqsədi daşıyan tədbir Mil-Muğan və Lənkəran-Astara Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, YAP Sabirabad rayon təşkilatının sədri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, rayonun idarə və təşkilatarının rəhbərləri, əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qonaqlar öncə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin mənalı və şərəfli ömür yolunu əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək, Ulu Öndərin Azərbaycan dövlətinə, mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş etdirilib, Masallı və Lənkəran rayon Mədəniyyət mərkəzləri kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub. Konsert proqramında Masallı və Lənkəran rayonlarının Mədəniyyət mərkəzlərinin solistləri müxtəlif musiqi nömrələri ifa edib, eyni zamanda, Masallı rayon Halay Xalq Folklor Kollektivi tərəfindən rəqs kompozisiyaları nümayiş olunub.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi regionlararası mədəni əlaqələrin gücləndirilməsinə verdiyi töhfəyə görə təltif edilib.

Tədbir sənətçilərin ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.

Избранный
0
1
azertag.az

2Источники