RU

"Ona "Real"da lazım olan qiyməti vermirlər" - Rafinya

"Barselona"nın vingeri Rafinya "Real Madrid"də hansı futbolçuya dəyər vermədiklərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Madrid Universal" belə çatdırıb:

"Mənim üçün Rodriqo möhtəşəm futbolçudur. O, analoqu olmayan fenomendir. İndiyədək gördüklərimin ən yaxşılarından biridir. Ona "Real"da lazım olan dəyəri vermirlər. Bu, ədalətsizlikdir".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 50 matça çıxan Rodriqo 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçunun "Kral klubu" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir".

Nihat 

Избранный
0
fanat.az

1Источники