Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən əcnəbi muzdluları, Azərbaycan vətəndaşı Həsən Anar oğlu Məmmədovu, belçikalı Maksim Rocer Henri Baratı və isveçli Tobias Enquisti 14 il azadlıqdan məhrum edib.
Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
KONKRET.az xəbər verir ki, adıçəkilən şəxslər beynəlxalq axtarışa verilib və müharibə ilə bağlı digər cinayətlərdə ittiham olunurlar.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb və bu addımı Donbass sakinlərini qorumaqla əsaslandırıb.
Qərb isə buna cavab olaraq Moskvaya qarşı sanksiyalar tətbiq edib.
Aynurə İsmayıl
KONKRET.az