Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən Avropa Azərbaycan Məktəbinin ibtidai sinif şagirdləri üçün təlim sessiyası keçirilib.
Təlim proqramı çərçivəsində Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə meteoroloji müşahidələrin zəruriliyi, müxtəlif meteoroloji ölçü cihazlarının iş prinsipi, tətbiqi, erkən xəbərdarlıq sistemləri barədə əhatəli məlumatlar təqdim edilib.
Həmçinin, təlimin əhəmiyyətli bir hissəsi iqlim dəyişməsi mövzusuna həsr olunaraq iqlim dəyişmələrinin əsas səbəbləri, onun insanlar və ətraf mühit üzərindəki təsirləri, bu qlobal çağırışa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib.
İnteraktiv formatda təşkil olunan təlim sessiyasının sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb və məktəblilərlə ətraf mühitin qorunması, bu sahədə gənc nəslin rolu barədə müzakirələr aparılıb. Ekologiya.az