Son illərdə şəhər mühitində ekoloji nəqliyyat vasitələrinə, xüsusilə də velosipedlərə maraq artmaqdadır. Bu isə öz növbəsində infrastrukturun müasir tələblərə uyğun şəkildə yenilənməsini zəruri edir. Şəhərlərdə mikromobillik imkanlarının genişləndirilməsi həm nəqliyyat sıxlığının azaldılması, həm də sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli.Az xəbər verir ki, Bakıda yerləşən bir sıra yolayrıcılarda işıqforlar yeni nəsil led texnologiyası ilə təkmilləşdirilərək, velosipedçilər üçün xüsusi bölmələrlə təmin olunub.
Bu məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzi tərəfindən 24 yol kəsişməsində quraşdırılan işıqforlara ümumilikdə 53 ədəd velosiped siqnalları əlavə edilib.
Müasir standartlara uyğun hazırlanan bu sistem velosiped sürücülərinin şəhər yollarında daha təhlükəsiz və nizamlı hərəkət etməsinə şərait yaradır. Bu istiqamətdə layihələr üzərində işlər davam etdirilir. ümumilikdə, paytaxtda velosiped nəqliyyatının əlçatanlığı və mikromobil nəqliyyat vasitələrinin inkişafı xüsusi diqqətdə saxlanılır.
Asya
Milli.Az