RU

İsrail Müdafiə Qüvvələri hər kəsi dərhal hava limanını tərk etməyə çağırıb

İsrail Müdafiə Qüvvələri (IDF) hər kəsi Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanını və ətraf rayonları dərhal tərk etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İDF-nin ərəbdilli sözçüsü Aviçai Adraei X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Sizi təcili olaraq hava limanının ərazisini tərk etməyə çağırırıq və yaxınlıqdakı hər kəsi dərhal ərazini boşaltmaq üçün xəbərdar edin”,- deyə o yazıb.

Adria evakuasiya əmrinə əməl edilməməsinin və ərazidə qalmağın insanların həyatını riskə atdığını vurğulayıb. Qeyd olunur ki, Səna Yəmənin şimalını idarə edən Ənsar Allah (Husi) hərəkatının nəzarətindədir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Husiləri və İranı Tel-Əviv yaxınlığındakı Ben Qurion beynəlxalq hava limanına edilən hücuma görə qisas alacaqları ilə hədələyib. İsrail hökumətinin başçısı Yəmən hərəkatının hücumlarının “İrandan gəldiyini” açıqlayıb.

Избранный
0
nocomment.az

1Источники