RU

Avropa təşkilatlarının tələbi hüquqi yox, siyasi təzyiqdir- ÖZƏL

Avropa Şurasının komissarı Maykl O'Flaherti Anar Məmmədli və digər hüquq müdafiəçilərinin azadlığa buraxılmasını tələb edib. O, ittihamları əsassız sayır. Bəzi ekspertlər bu çağırışı məhkəməyə təzyiq kimi qiymətləndirir.

Mövzu ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib ki, Avropa təşkilatlarının tələbləri hüquqi yox, siyasi xarakter daşıyır:

"Hesab edirəm ki, Avropa Şurası və onun İnsan Haqları üzrə Komissarı bu cür tələblər irəli sürməklə məhkəmə hakimiyyətinə, yəni onun qərarverici orqanına - məhkəmə orqanına - siyasi təzyiq göstərmiş olurlar. Yəni, özü də bir beynəlxalq təşkilat olaraq, onun nümayəndəsi kimi belə tələblərlə çıxış etməsi bu prosesi hüquqi müstəvidən daha çox siyasi müstəviyə keçirmək kimi görünə bilir. Məhkəmə isə belə deyir: əgər kimsənin hər hansı bir yanlışlığı və ya qanun pozuntusu ilə bağlı fəaliyyəti varsa, bunu məhkəmə araşdırır və Azərbaycan Respublikasının adından müvafiq qərar qəbul edir. Bu səbəbdən belə tələblərin irəli sürülməsi məqbul hesab edilmir. Düşünürəm ki, Azərbaycanla Avropa İttifaqı və onun müxtəlif qurumları arasında yaşanan xoşagəlməz hadisələr, məhz elə bu Avropa  təşkilatlarının, onların nümayəndələrinin verdiyi bu cür siyasi qərarlarla bağlıdır. Hətta deyərdim ki, əksər hallarda bunlar qərəzli siyasi qərar və tələblər olur. Ona görə də arada bu cür narazılıqlar yaranır. Bu baxımdan  həmin tələb qəbul edilə bilməz və bu, Azərbaycanın dövlətinə, onun məhkəmə orqanlarına qarşı Avropa təşkilatlarının və onların nümayəndələrinin növbəti siyasi təzyiq cəhdidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники