RU

Əmlak sığortası üzrə ödənişlər 1,2 milyon manat artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 52 milyon 755 min manat sığorta haqqı toplanılıb.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,59% və ya 307 min manat çoxdur.

2024-cü ilin hesabat dövründə əmlak sığortası üzrə yığımların həcmi 52 milyon 448 min manat olub.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 8 milyon 509 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 16,64% və ya 1 milyon 214 min manat çoxdur.

Ötən ilin yanvar ayında əmlak sığortası üzrə ödənişlərin həcmi 7 milyon 295 min manat olub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 399 milyon 83 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,95% çoxdur.   

Hesabat dövründə sığorta şirkətlərinin ödənişlərinin məbləği isə 164 milyon 29 min manat təşkil edib. Bu isə illik müqayisədə 6,98% çoxdur. 

Maya Hüseynova

Избранный
0
valyuta.az

1Источники