RU

Həmin şəxs yanvar ayında İmamoğluna sui-qəsd olacağını xəbər veribmiş...


Bazar günü Səlcuq Tengioğlu adlı şəxsin hücumuna məruz qalan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl qrup toplantısında mühüm açıqlamalar verib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Özəl, ona hücum edən Səlcuq Tengioğlunun yanvar ayında İstanbul Böyükşəhər Bələdiyyəsinə getdiyini və İmamoğluna sui-qəsd olacağını bildirdiyini qeyd edib.
“Bu ilin yanvar ayında o uşaq qatili İstanbul Böyükşəhər Bələdiyyəsinə gəlib və “Həbsxanada birgə qaldığım şəxslərə təlimat verildi, İmamoğluna sui-qəsd olacaq, xəbər verməyə gəldim”, - deyib. Bizimkilər polisi çağırıblar və bunu dinləyin deyiblər”, - deyə Özəl bildirib.
Избранный
0
yeniavaz.com

1Источники