RU

Çeferin Avropanın bu ölkəsindəki stadionları tənqid etdi: Dəhşətdir

UEFA prezidenti Aleksander Çeferin İtaliyadakı futbol infrastrukturu barədə danışıb.

Publika.az xəbər verir ki, o, bu ölkədəki vəziyyəti sərt şəkildə tənqid edib:

“İtaliyadakı futbol infrastrukturu biabırçılıqdır. İtaliya dünya çempionatında, Avropa çempionatında və Çempionlar Liqasında qalib gəlmiş ən böyük futbol ölkələrindən biridir. Amma eyni zamanda, bütün böyük futbol ölkələri arasında infrastrukturu birmənalı şəkildə ən zəifidir. Açığı, İtaliyada stadionlarla bağlı bu müzakirələrdən bir qədər bezmişəm, çünki bu danışıqlar yalnız sözlərdən ibarət olur və nəticəsiz qalır.

Ümid edirəm ki, İtaliya stadionlar məsələsində nəhayət addım atacaq. Klubların həm hökumətin, həm də özəl investorların dəstəyinə ehtiyacı var. Artıq hərəkətə keçməyin vaxtıdır, çünki stadionların vəziyyəti dəhşətlidir”.

Избранный
0
publika.az

1Источники