
“Universal Music Group” (UMG) türk popunun canlı əfsanəsi Sezen Aksu ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Oda TV” məlumat yayıb.
Müqavilənin şərtlərinə əsasən, “Minik serçe”nin 21 sinql (musiqiçilərin çıxarmağa planlaşdırdığı albomlarından seçdikləri bir və ya bir neçə parçadan ibarət olan musiqi albomu – red.) və 30 albomdan ibarət əsərlərinin yayımı, sinxronlaşdırılması və müəllif hüquqları UMG-yə verilib.