RU

FHN-in Qarabağ Regional Mərkəzində tədbir keçirildi

BAKI, 6 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərləri və Mərkəzin kollektivi iştirak edib.

Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirilən tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev və digər çıxış edənlər Dahi Rəhbərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Heydər Əliyev adının milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını qeyd ediblər. Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirən natiqlər, bu istiqamətdə Ümummilli Liderin müstəsna xidmətlərindən ətraflı bəhs ediblər.

Vurğulanıb ki, Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir. Xalqımız qürurla ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının sevincini yaşayır.

Избранный
0
teleqraf.com

1Источники