RU

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

BAKI, 6 may. TELEQRAF

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, Azərbaycanın Rusiya ilə sərhədində yerləşən “Samur” gömrük postunda 87 yük maşını növbədə gözləyir. “Xanoba” gömrük postunda isə növbədə olan yük nəqliyyat vasitəsi qeydə alınmayıb.

Gürcüstanla sərhəddə isə vəziyyət daha intensivdir. “Qırmızı Körpü” gömrük postunda 450, “Mazımqara” gömrük postunda isə 15 yük maşını çıxış növbəsindədir.

Əlavə olaraq, İran İslam Respublikası ilə sərhəddə yerləşən “Biləsvuar” gömrük postunda 125, “Astara” gömrük postunda isə 98 yük nəqliyyat vasitəsi var.

Qeyd edək ki, AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

Избранный
0
17
teleqraf.com

10Источники