RU

“OpenAI”dən 3 milyard dollarlıq rekord alış


Süni intellekt sahəsinin nəhəngi “OpenAI” kod redaktoru “Windsurf”u (əvvəllər “Codeium” adı ilə tanınırdı) 3 milyard dollara almağa razılaşıb. 
Yeniavaz.com “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir ki, bu, ChatGPT tərtibatçısının indiyə qədər etdiyi ən böyük alış kimi qiymətləndirilir. Sövdələşmə hələ tam bağlanmasa da, bu addım “OpenAI”nin proqramlaşdırma bazarında artan rəqabətə qarşı mövqeyini gücləndirməyə yönəlib.
Agentliyin məlumatına görə, “OpenAI” və “Windsurf” bu mövzuda rəsmi açıqlama verməkdən imtina edib. “Windsurf”un (rəsmi adı ilə “Exafunction”) ötən il bazarda 1,25 milyard dollar dəyərində qiymətləndirildiyi bildirilir. Bildirilir ki, hazırda daha iki şirkət də bu startapın alınması ilə bağlı danışıqlar aparır.
“OpenAI” bu ilin yaz aylarında keçirilən maliyyələşdirmə turunda 40 milyard dollar sərmayə cəlb edərək ümumi dəyərini 300 milyard dollara yüksəldib. Sərmayənin əsas hissəsini Yaponiyanın “SoftBank” şirkətinin yatıracağı gözlənilir. Şirkətin investorları arasında “Microsoft”, “Coatue Management”, “Altimeter Capital Management” və “Thrive Capital” da var.
Избранный
0
2
yeniavaz.com

3Источники