Sudanın inzibati mərkəzi olan Port Sudanda yerləşən Cənub Limanında partlayışlar və yanğınlar baş verib.Ölkənin şərqindəki Port Sudan şəhərində güclü partlayış səsləri eşidildikdən sonra Cənubi Limanda yanğınlar başlayıb.Yanğınların yanacaq çəninə edilən hücumdan sonra baş verdiyi ehtimal edilir.İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondunun dünən Sudana çatdırdığı humanitar yardımlar bu limanda qəbul edilib və burada saxlanılır.Yerli mətbuatın məlumatına görə, Port Sudan Beynəlxalq Hava Limanına da hücum edilib.Hücumdan sonra uçuşlar dayandırılsa da, hələlik Sudan rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта