Hindistan Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yüksək hazırlıq vəziyyətinə gətirilib. İslamabad isə"Hindistanın istənilən təcavüz aktına" qəti şəkildə cavab verəcəyini bildirib. Bu arada Tehran hər ikisi nüvə silahına malik olan qonşu ölkələr arasında gərginliyi azaltmağa öz köməyini təklif edib.İranın xarici işlər naziri Əraqçi Pakistan prezidenti və baş naziri ilə ayrı-ayrılıqda görüşlər keçirib. İslamabad səfərini başa vuran Əraqçi Hindistana səfər edəcək. Bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterres də hər iki tərəfi təmkinli olmağa çağırıb. "Səhv etməyin: hərbi yol həll yolu deyil", - deyə Quterreşqeyd edib. BMT rəhbəri bildirib ki, indi maksimum təmkin nümayiş etdirmək və uçurumdan geri addım atmaq vaxtıdır. "BMT deeskalasiya, diplomatiya və sülhə yönlənmiş öhdəliyi təşviq edən istənilən təşəbbüsü dəstəkləməyə hazırdır", - deyə Antonio Quterreş vurğulayıb.
Bir sıra dünya liderləri də hər iki tərəfi təmkinli olmağa çağırıb. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas da hesab edir ki, “eskalasiya heç kimə sərf etməyəcək”. Xarici işlər naziri İshaq Dar bazar ertəsi vurğulayıb ki, Pakistan "tam təmkinli olacaq, lakin Hindistan hər hansı aqressiv addım atsa, ona layiqli cavab veriləcək".İranın xarici işlər naziri Araqçi ilə danışıqlar zamanı Dar Yeni Dehlinin Kəşmirdəki hücumda İslamabadın əli olması ilə bağlı ittihamlarını bir daha rədd edib. Dar, həmçinin Hindistan Hərbi Hava Qüvvələrini aprelin 29-da Pakistanın hava məkanını pozmağa cəhd etməkdə günahlandırıb. Hindistan bu bəyanatları şərh etməyib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaiswal sosial media X-də Hindistanın baş naziri Narendra Modinin bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putinlə danışdığını və "Pahalqam hücumunu şiddətlə qınadığını" vurğuladı və "mənfur hücuma görə məsuliyyət daşıyanların və onların tərəfdarlarının məsuliyyətə cəlb edilməli olduğunu" vurğuladı.
Hindistan və Pakistan arasında Kəşmirlə bağlı münaqişə onilliklərdir ki, davam edir. Ölkələr mübahisəli ərazi üzərində iki dəfə müharibə aparıblar.
Surxay Əliyev