RU

Y.Abdullayev:“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq

Finss.az - Azərbaycanın məşhur "İstisu" mineral suyu yaxın gələcəkdə Belarus bazarında satışa çıxarılacaq.

Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda məlumat verib.

Yusif Abdullayev bildirib ki, "İstisu" mineral suyunun Belarusa ixracı ilə bağlı müqavilə artıq imzalanıb. O, qeyd edib ki, məhsul laboratoriya sınaqları üçün göndərilib və yaxın vaxtlarda müntəzəm ixracın başlanacağına ümid edirlər.

"İstisu"nun xarici bazara çıxışı Azərbaycanda xüsusi əhəmiyyət kəsb edir. Abdullayev vurğulayıb ki, bu, yalnız ticarət layihəsi deyil, eyni zamanda, azad olunmuş ərazilərin dirçəlişinin rəmzidir.

 

Избранный
0
10
fins.az

10Источники