RU

Ərəblər Fernandeşi də aparırlar - SON DURUM

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Səudiyyə Ərəbistanı klubundan təklif alıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Əl-Riyad” yayıb.

Xəbərə görə, Pro Liqanın son qalibi "Əl-Hilal" portuqaliyalı futbolçuya 3 illik müqavilə təklif edib. "Əl-Hilal"ın nümayəndələri artıq Fernandeşin agentləri ilə əlaqə saxladıqları bildirilib. Mənbə ərəblərin futbolçu ilə razılığa gəldikdən sonra Mançester təmsilçisinə rəsmi təklif göndərəcəklərini vurğulayıb.

30 yaşlı Brunu cari mövsüm "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 52 matça çıxaraq 19 qol və 18 məhsuldar ötürmə müəllifi olub.

Fernandeşin MY ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.

Избранный
0
1
fanat.az

2Источники