RU

10 cu Milli Marketinq Forumuna son 5 gün!

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini qeyd edəcək. Forum 9-10-11 may tarixlərində, ilk dəfə keçirildiyi məkan olan 28 Mall "CinemaPlus"da təşkil ediləcək.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, bu il 10-cu dəfə keçirilən forumda fiziki iştirak (offline) və onlayn (Meta platformasında) olmaqla 3 gün ərzində ümumilikdə 9 panel üzrə 50-dək spikerin çıxışı planlaşdırılır.

Tədbirdə "Milli Keyslər", "Kommunikasiya və PR", "Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data", "Yaradıcı Sənayə", "Sosial Media və İnfluencerlər", "Satış və Ticari Marketinq", "İnnovativ Marketinq və Startaplar" kimi panellər təşkil ediləcək.

Forum çərçivəsində müzakirə olunacaq mövzular, marketinq sahəsinin hazırkı çağırışları və gələcək inkişaf istiqamətləri baxımından aktual olmaqla yanaşı, iştirakçılara praktik bilik və ilham verəcək dəyərli çıxışlar təqdim edəcək.

10 may tarixində keçirilək panellər üzrə spikerlər:

Milli keyslər paneli

Moderator: İlkin Manafov - Mutfakçı şirkətinin təsisçisisi və direktoruÜlvi Aslanov - "Code Academy"nin təsisçisi və CEO-suSübhan Hüseynov - Senser şirkətinin təsisçisiŞahbaz Xuduoğlu - "Qanun" nəşriyyatın direktoruQəzənfər Aloyev - Nano Fire Technologies MMC-nin təsisçisi və direktoruMikayıl Yusifov - İNCİ Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri

Böyük Qayıdış paneli

Moderator: Sevinc Gülməmmədova - Diplomatik Jurnalist, Baku TV-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəriDr. İkram Rüstəmov - Nəfəs Psixi Sağlamlıq Akademiyasının təsisçisiƏrşad Hüseynov - Hüquqşünas, Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssisFuad Quliyev - "Cinema Art" MMC-nin direktoruRafiq Hunaltay – “Facemark” şirkətinin təsisiçisi

Yaradıcı Sənayelər və Trendlər paneli

Moderator: Emin Hüseynov - "Azərbaycan Televiziya və Radio Verlişləri" QSC-nin Baş proqram direktoruElnur Talıblı - "TAKE Advertising and Media"nın Kreativ direktoruZaur Məmmədov - Maxmedia Agentliyinin direktoruŞəbnəm Hümbətova -“İrşad Electronics” MMC-nin Marketinq departamentinin rəhbəriIbrahim Qurbanov - AzTV Dublyaj redaksiyasının baş redaktoruƏkbər Əsədov - Radio Enerji 101.1 FM-in icraçı direktoru

Hər panel üzrə dinamik və məzmunlu çıxışların təmin olunması məqsədilə iştirakçıların aktiv iştirakı və interaktiv sessiyalar da tədbbir zamanı nəzərdə tutulur.

MMF-yə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/MilliMarketinqForumuInstagram: https://www.instagram.com/milli_marketinq_forumu/Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/?viewAsMember=true Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
0
4
icma.az

5Источники