RU

"Elə bildim Şimali Koreyadadır, sən demə, Sumqayıtda olub" - VİDEO

Aparıcı İlkin Həsəni Sumqayıtda baş tutan "besedka" açılışını tənqid edib.

Bizim.Media xəbər verir ki, aparıcı bir müddət əvvəl sosial şəbəkədə tənqid olunan mövzu ilə bağlı paylaşım edib.

"Sumqayıtda bildiyimiz söhbətgah, yəni "besedka" düzəldilib. Ən gülməlisi isə odur ki, buna açılış ediblər. Özü də yekə-yekə kişilər. Aralarında deputatlar, partiya, icra nümayəndələri var.

Videoya baxanda elə bildim Türkmənistanda, Şimalı Koreyada olub. Amma gördüm ki, Sumqayıtda baş verib. İnsanlar ciddi şəkildə söhbətgaha açılış edib, ağsaqqallar dəvət olunub.

İl 2025-ci ildir, etməyin, ayıbdır, bizə gülürlər" deyə, İlkin paylaşımında yazıb.

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Mirkişilinin təşəbbüsü ilə Sumqayıtda yaşayış binasının həyətində "besedka" tikilməsi, buna görə xüsusi açılışın edilməsi və vətəndaşlardan müsahibələrin alınması müzakirələrə səbəb olub. (Axsam.az)

Bizim.Media

Избранный
0
2
bizim.media

3Источники