RU

Kreml mayın 7-9-da bağlı olacaq

Moskvada Qələbə Günü ilə əlaqədar bayram tədbirlərinin keçirilməsi səbəbindən Kreml üç gün ərzində ziyarətçilər üçün bağlı olacaq...

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Mühafizə Xidməti məlumat yayıb.

Məhdudiyyətlər 7-9 may tarixləri də daxil olmaqla qüvvədə olacaq.

"1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar olaraq 7, 8 və 9 may 2025-ci il tarixlərində ziyarətçilərin Kremlə girişinə icazə verilməyəcək", - məlumatda bildirilib.

Həmçinin qeyd olunan günlərdə Aleksandr bağı ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər.

Şəhərin mərkəzində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Poliqon.info 

Избранный
0
7
poliqon.info

8Источники