RU

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib

Mayın 6-da Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.

Milli Olimpiya Komitəsindən  90deqiqe.Az-a verilən məlumata görə, festival məktəbin hazırladığı stendlərə baxışla başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilikdikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nərminə Hüseynova Ulu Öndər Heydər Əliyevin idmana qayğısından danışıb. Bildirib ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Dövlətimizin idman sahəsindəki bu siyasətinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirildiyi vurğulanıb.

Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildikdən sonra Olimpiya məşəli meydana gətirilib.

Məktəb şagirdlərinin yarışı və gimnastların xüsusi çıxışı tədbirə rəng qatıb. Məktəbin şagirdi Musa Muradın musiqili ifası da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Избранный
0
5
90deqiqe.az

7Источники