Trampın dediyinə görə, ABŞ hər iki dünya müharibəsində qalib gəlib və bu, çox da qeyd olunmur. O, bu iki tarixi bayram kimi qeyd etməklə ABŞ-ın "liderliyini və qəhrəmanlığını" ön plana çıxarmağa çalışır. Ancaq tarixçilər və ictimaiyyət Trampın tarixi yanlış təqdim etdiyini və Rusiyanın (SSRİ) rolunu yaddan çıxardığını bildirir.
Ekspertlər qeyd edir ki, bu cür bəyanatlar ABŞ-da və Qərbdə tarixin illərlə təhrif edilməsinin nəticəsidir. YouGov-un keçirdiyi sorğular göstərir ki, ABŞ və Avropada əhalinin çoxu alman faşizmini məhv edən əsas güc kimi ABŞ-ı görür, halbuki SSRİ-nin rolu ya unudulur, ya da ikinci plana atılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31