RU

Bir sıra təhsil müəssisələrinin elektrik təchizatı ilə bağlı işlərə sərf olunacaq məbləğ məlum olub

Bakı. Trend:

Azərbaycanda bir sıra təhsil müəssisələrində istilik sistemlərivə elektrik təchizat üçün avadanlıqlar alınıb quraşdırılacaq.

Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan RespublikasıElm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti vəTəchizat İdarəsi müvafiq işlərə start verib.

Nazirlik hələlik sözügedən işlərin hansı təhsil müəssisələrindəaparılacağını açıqlamasa da, qeyd olunan işlərin 9,3 milyon manatabaşa gələcəyini proqnozlaşdırıb.

Eyni zamanda, nazirlik hazırda bəhs olunan işləri icra edəcəkşirkət axtarışındadır.

Qeyd edək ki, ötən gün nazirlik Azərbaycanda bir sıraməktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işlərininaparılması ilə bağlı 9,8 milyon manatıq işlərə startverib.

Избранный
0
az.trend.az

1Источники