RU

Port Sudanda partlayış oldu

Sudanın inzibati mərkəzi olan Port Sudanda və Cənub Limanında partlayışlar və yanğınlar baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şərqi Port Sudan şəhərində güclü partlayış səsləri eşidildikdən sonra Cənubi Limanda yanğınlar başlayıb.

Ehtimal olunur ki, yanğınlar yanacaq anbarına hücumdan sonra baş verib.

İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondunun dünən Sudana çatdırdığı humanitar yardımlar bu limanda qəbul edilib və burada saxlanılır.

Избранный
0
2
operativmm.az

4Источники