“Bayer” rəhbərliyi yayda “Real”a keçidi gündəmdə olan Xabi Alonsonun mümkün əvəzedicisi kimi Alvaro Arbeloanın namizədliyini nəzərdən keçirir.
Msport.az xəbər verir ki, mütəxəssis hazırda Madrid klubunun U-19 komandasına rəhbərlik edir.
O, məşqçilik karyerasına 2020-ci ildə başlayıb və 2023-cü ildə “Real”ın gənclərdən ibarət komandasına İspaniya Kubokunu qazandırıb. Məhz bu uğur onun perspektivli mütəxəssis kimi reputasiyasını gücləndirib.
Qeyd edək ki, “Bayer” Bundesliqada mövsümün bitməsinə iki tur qalmış turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komandanın çempionatı hazırkı sırada bitirəcəyi dəqiqdir.