
Yeni Roma Papasının seçilməsi üçün keçiriləcək konklava qatılacaq 133 kardinalın hamısı artıq Romaya gəlib. Bu barədə məlumatı Vatican News yayıb.Bildirilib ki, yeni Papa seçkisinə hazırlıq çərçivəsində Vatikanın sinod iclasları zalında kardinaların onuncu ümumi yığıncağı keçirilib. İclasda ümumilikdə 179 kardinal iştirak edib, onlardan 133-ü konklavda səs verəcək.Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteyo Bruni bildirib ki, çoxsaylı kardinalın yerləşdirilməsi üçün Vatikan ənənəvi olaraq konklav zamanı istifadə olunan Müqəddəs Marfa Evində rezidensiya hazırlayıb. Bundan əlavə, əvvəllər Vatikan işçilərinin uşaqları üçün uşaq bağçası kimi fəaliyyət göstərən qonşu bina da istifadəyə verilib.Yeni Roma Papasının seçilməsi üçün gizli konklav 7 mayda başlayacaq.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Tramp: Qrenlandiyanı ələ keçirmək üçün ABŞ ordusu göndərilə bilər
Trampdan Ərdoğana Zəng: Ukraynada Sülh Üçün Birlikdə Hərəkət Etməliyik