RU

Şoltsun ​​varisi Almaniya kansleri seçilmək üçün lazımi səs toplaya bilmədi

Olaf Şoltsun varisi, Xristian Demokratik İttifaqı fraksiyasının lideri Fridrix Merts Almaniya kansleri seçkisinin Bundestaqda keçirilən birinci turunda səslərin mütləq əksəriyyətini toplaya bilməyib.

Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.

"Fridrix Merts kansler seçilmək üçün lazımi mütləq səs çoxluğunu əldə edə bilmədi", - deyə məlumatda bildirilib.

Eyni zamanda mənbələrə bildirib ki, Merts Almaniya kansleri vəzifəsinə namizədliyi ilə bağlı səsvermənin ikinci turunu keçirməkdən imtina etmək qərarına gəlib.

Bu halda mayın 6-da ölkəyə yeni kansler təyin olunmayacaq.

Fridrix Mertsin mayın 7-nə planlaşdırdığı bütün xarici səfərlər indi sual altındadır.

Qeyd edək ki, o, Parisə, oradan isə Varşavaya getmək niyyətində idi.

"Cebheinfo.az" 

Избранный
0
cebheinfo.az

1Источники