RU

Serj Sərkisyanın fraksiyası: Köçəryan namizəd olsa, dətəkləyəcəyik

BAKI, 6 may. TELEQRAF

Ermənistanın sabiq prezidenti Robert Köçəryan baş nazirliyə namizəd olsa, dəstəkləyəcəyik.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.

Fraksiya rəhbəri Baş nazir Nikol Paşinyanın impiçment edilməsi təşəbbüsü barədə bildirib:

“İstənilən real müxalifət namizədi ilə impiçment prosesinə məmnuniyyətlə başlayacağıq”.

Mamicanyan Köçəryanın namizədliyinə toxunaraq qeyd edib:

“Ermənistan” bloku (parlament fraksiyası) onun namizədliyini irəli sürərsə, biz də qoşulacağıq”.

Xatırladaq ki, Nikol Paşinyana qarşı impiçment təşəbbüsünün təşkilatçıları sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyandır.

Köçəryanın lideri olduğu “Ermənistan” bloku təşəbbüsü dəstəklədiyini bildirsə də, hələlik bunun üçün zəminin olmadığını bəyan edib. Sabiq prezident Serj Sərkisyanın “Şərəfim Var” bloku da təxminən eyni bəyanatı verib.

Избранный
0
11
teleqraf.com

10Источники