Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkədən yalnız 14-ü müdafiə xərclərini artırmağa hazırdır.
Editor.az bu barədə Euractiv portalına istinadla məlumat yayıb.
“Yalnız 14 ölkə Brüsselin 4 il ərzində Aİ paytaxtlarına hərbi xərclərini illik ÜDM-in 1,5%-i qədər artırmağa imkan verən “milli qaçış bəndini” aktivləşdirmək çağırışına rəsmi şəkildə qulaq asıb”, – hesabatda deyilir.
L’Express jurnalı bundan əvvəl hökumətin Fransanı yenidən silahlandırmaq səylərinin bürokratik əngəllərlə üzləşdiyini bildirmişdi.
Jurnalın məlumatına görə, ölkə son illər müdafiə xərclərini durmadan artırır. Məsələn, hərbi planlaşdırma qanunu 2024-2030-cu illər arasında hərbi ehtiyaclar üçün büdcədən 413 milyard avronun ayrılmasını nəzərdə tutur. Bu, 2019-2025-ci illər ilə müqayisədə 40 faiz çoxdur. Bundan əlavə, Fransanın müdafiə naziri Sebastien Lecornu illik müdafiə xərclərini 50,5 milyard avrodan 90 milyard avroya çatdırmağı planlaşdırır.
//Gülnarə Abasova, Editor.az