RU

İtaliyada dəmiryolçular tətil edirlər

Azertag saytına istinadən ain.az xəbər verir.

Roma, 6 may, AZƏRTAC

İtaliyada dəmir yolu nəqliyyatında birgünlük milli tətil elan olunub.

AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə dəmiryol işçiləri tətil ediblər.

Paytaxt Romanın “Termini” stansiyasında dəmir yolu xətlərinin hərəkətində fasilələr yaranıb. Milan, Neapol, Venesiya, Piza və Triestə istiqamətində birbaşa qatarlar ləğv edilib. Paytaxtın “Fiumicino” hava limanında, Milanın “Malpensa” aeroportunda ekspress qatarların hərəkəti dayanıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.

Tətil ölkənin digər böyük şəhərlərində də dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib.

Qeyd edək ki, bu, may ayında İtaliyada həm yerli, həm də milli miqyasda nəqliyyat sektorunda planlaşdırılan 9 tətildən biridir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
2
icma.az

3Источники