RU

Azərbaycan Dünya Cüdo Turunda beşinci yerə yüksəlib

Azərbaycan Dünya Cüdo Turunun ümumi sıralamasında beşinci yerə yüksəlib.

İdman.biz xəbər verir ki, seriyaya böyük reytinq yarışları, "Böyük Dəbilqə" və Qran Pri turnirləri daxildir.

Düşənbədəki "Böyük Dəbilqə"də qazandığı iki qızıl və iki gümüş medal sayəsində Azərbaycan cüdosu ilk 5-liyə yüksəlib.

İlin əvvəlindən cüdoçularımız dörd qızıl, dörd gümüş və beş bürünc medal qazanıblar. Yalnız bürünc medalların sayının az olmasına görə dördüncü yerdəki Gürcüstandan geri qalırıq.

Yaponiya ümumi siyahıda liderdir (20-15-18), ikinci yerdə Fransa (9-8-19), üçüncü yerdə isə IJF bayrağı altında çıxış edən idmançılar (9-8-11) qərarlaşıblar.

İdman.biz

Məqalədə:
Избранный
0
1
idman.biz

2Источники