RU

Rusiyada neonasistlər erməninin evinə hücum etdi: Özü öldürüldü, qız isə...

Mayın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyi Vsevolojsk şəhərinin Leninqradskaya küçəsindəki evdə yanğın barədə məlumat alıb.  

“Cebheinfo.az” “Fontanka” nəşrinə istinadən yazır ki, daha sonra mənzildə 37 yaşlı Ermənistan vətəndaşının meyiti, pəncərələrin altında isə ağır vəziyyətdə olan 24 yaşlı qız tapılıb.

Nəşrin məlumatına görə, həmin gün “Rusiya İcması” Hərəkatının neonasistləri mənzilə soxulublar. Bu barədə mənzil sahibinə oğlu məlumat verib.

Onun sözlərinə görə, özlərini polis işçisi kimi təqdim edən naməlum şəxslər mənzilə daxil olmağa cəhd ediblər. 

“Fontanka” yazır ki, onlar qapını sındırdılar, içəridəkilərin üzünə qaz sıxıblar və onu elektroşokla vurublar. Naməlum şəxslər sakinin tanışlarının gizləndiyi otağın qapısını sındırmağa cəhd edib, bundan sonra yanğın başlayıb.

Mənzilin sahibi deyib ki, hadisə yerinə çatanda, “Rusiya İcması”nın simvolları olan qara paltarda və maskalı çoxlu sayda kişi görüb.Ultrasağ hərəkatın fəalları “Moika78” nəşrinə bildiriblər ki, qonşu mənzillərin sakinləri qışqırıq səsləri eşidiblər və guya mənzil sahibinin özü “Rusiya İcması” ilə əlaqə saxlayıb ki, neonasistlər onu qorusunlar. 

Onlar guya qadını qorumaq üçün bibər qazından istifadə etdiklərini, yanğının ölən Ermənistan vətəndaşı tərəfindən törədildiyini iddia edirlər. Nəşr yazır ki, İstintaq Komitəsi “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açıb.

Избранный
0
1
cebheinfo.az

2Источники