RU

Rumıniya yeni piyada döyüş maşınları almaq niyyətindədir

Rumıniya hökuməti ölkənin Quru Qoşunları üçün 246 ədəd piyada döyüş maşını (PDM) almaq niyyətindədir.

“Poliqon”un xəbərinə görə, bu barədə “Defence Industry Europe”yə Rumıniya Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, PDM-lərin satın alınması ilə bağlı müqavilənin bu il ərzində imzalanması və onların səkkiz il ərzində Quru Qoşunlarına çatdırılması gözlənilir.

Həmçinin müqaviləyə təlim trenajorları və ilkin maddi-texniki dəstək də daxildir.

Bundan başqa, xarici KİV-lər müqavilənin iki mərhələdən ibarət olacağını və ilk mərhələdə 246 ədəd, ikincidə isə 52 ədəd PDM-in alınacağını qeyd edirlər. Onların iddialarına görə, ilk mərhələdə müqavilənin dəyəri 2.5 milyard avro təşkil edəcək. Ümumilikdə 298 ədəd PDM alındığı halda isə müqavilənin dəyəri 3 milyard avro olacaq.

Təklif edilən piyada döyüş maşınlarının arasında “Redback” (“Hanwha Aerospace”), TULPAR (“Otokar”) KF41 “Lynx” (“Rheinmetall”), CV90 (“BAE Systems”) və ASCOD 2 (“General Dynamics European Land Systems”) PDM-lərinin olduğu qeyd edilir.

Избранный
0
poliqon.az

1Источники