RU

"Əl-Hilal" "Mançester Yunayted"in kapitanını istəyir

Səudiyyə Ərəbistanı komandası "Əl-Hilal" Avropadan daha bir futbolçunu ölkəsinə gətirməkdə maraqlıdır.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası "Mançester Yunayted"in futbolçusu Bruno Fernandesi heyətinə qatmaq istəyir.

Operativ Media "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın portuqaliyalı futbolçunu satmaq niyyətləri yoxdur.

"Mançester Yunayted"lə 2027-ci ilə qədər müqaviləsi olan Bruno Fernandesin hazırda bazar dəyəri 55 milyon avrodur.

Bu mövsüm "Mançester Yunayted"in heyətində 52 matçda iştirak edən 30 yaşlı Bruno Fernandes 19 qol vurub və 18 məhsuldar ötürmə edib.

Избранный
0
operativmedia.az

1Источники