RU

“Kəpəz” Mirça Redniklə razılıq əldə edib?

Rumıniyanın UTA klubunun baş məşqçisi Mirça Rednik yenidən Azərbaycanda çalışa bilər.

İdman.biz xəbər verir ki, 63 yaşlı mütəxəssis “Kəpəz”lə ilkin razılıq əldə edib.

Rumıniyalı mütəxəssis vətənində verdiyi açıqlamada Gəncə təmsilçisi ilə maliyyə məsələlərində ortaq məxrəcə gəldiklərini qeyd edib: “Maliyyə şərtlərində razılaşmışıq. Mövsüm bitdikdən sonra danışıqları yekunlaşdıracağıq”.

Qeyd edək ki, 2010-11-ci illərdə ölkəmizdə “Xəzər Lənkəran”ı çalışdıran Rednik “Kəpəz”in baş məşqçisi postunda Azər Bağırovu əvəzləyəcək.

İdman.biz

Избранный
0
idman.biz

1Источники