Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 6 may, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin Sinop Universitetinə məxsus elmi nəşrlərə onlayn giriş imkanı təmin edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın rəsmi internet saytında yerləşən “E-xidmətlər” bölməsi vasitəsilə istifadəçilər “Jurnallar” hissəsinə daxil olaraq Sinop Universitetinin nəşrləri ilə tanış ola bilərlər.
Qeyd olunan resurslar Türkiyənin “DərgiPark” elektron platformasında yerləşdirilmiş 10 elmi jurnaldan ibarətdir. Jurnallar müxtəlif elm sahələrini əhatə edir və tədqiqatçılar, tələbələr, eləcə də elmi ictimaiyyət üçün dəyərli mənbələrdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.