ABŞ-nin “İnter Mayami” klubunun prezidenti Devid Bekhem yubileyini təntənəli şəkildə qeyd edib.
“Qafqazinfo” “Hello Russia” nəşrinə istinadən xəbər verir ki, məşhur modelyer Viktoriya Bekhem mayın 2-si 50 yaşı tamam olan həyat yoldaşı üçün dördgünlük ad günü proqramı təşkil edib.
Belə ki, şənlik Bekhemlərin İngiltərənin Qlosterşir qraflığının Kotsuold rayonunda yerləşən dəbdəbəli malikanələrində ailə ziyafəti ilə başlayıb, Fransaya 24 saatlıq səfərlə davam edib və Londonda tanınmış qonaqlarla şam yeməyi ilə yekunlaşıb.








