RU

Elə bildim Türkmənistandadır, sən demə, Sumqayıtda olub Video

ain.az, Axsham.az saytına istinadən bildirir.

Aparıcı İlkin Həsəni Sumqayıtda baş tutan "besedka" açılışını tənqid edib. 

Axşam.az xəbər verir ki, aparıcı bir müddət əvvəl sosial şəbəkədə tənqid olunan mövzu ilə bağlı paylaşım edib. 

"Sumqayıtda bildiyimiz söhbətgah, yəni "besedka" düzəldilib. Ən gülməlisi isə odur ki, buna açılış ediblər. Özü də yekə-yekə kişilər. Aralarında deputatlar, partiya, icra nümayəndələri var. Videoya baxanda elə bildim Türkmənistanda, Şimalı Koreyada olub. Amma gördüm ki, Sumqayıtda baş verib. İnsanlar ciddi şəkildə söhbətgaha açılış edib, ağsaqqallar dəvət olunub. İl 2025-ci ildir, etməyin, ayıbdır, bizə gülülrlər" deyə, İlkin paylaşımında yazıb. 

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Mirkişilinin təşəbbüsü ilə Sumqayıtda yaşayış binasının həyətində "besedka" tikilməsi, buna görə xüsusi açılışın edilməsi və vətəndaşlardan müsahibələrin alınması müzakirələrə səbəb olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
2
icma.az

3Источники